"
next
مطالعه کتاب Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı)
فهرست کتاب
مشخصات کتاب


مورد علاقه:
0

دانلود کتاب


مشاهده صفحه کامل دانلود

Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı)

Kitab haqqında

Kitabın adı:Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı)

Müəllif:Şeyx Abbas Qumi

Naşir:

Çap tarixi:2008

Səhifələrin sayı:230

Çap növbəsi:Birinci

Tirajı:3000

səh:1

Ön söz

Ulu Tanrıya şükr edib həmd söyləmək, eləcə də həzrəti- Mühəmməd(s) və onun pak Ailəsinə salavat və salam göndərmək insanların doğru yola hidayət olunmasında ən başlıca amillərdən biridir.

Dünya xanımlarının xanımı, məsum İmamlarımızın anası həzrəti- Fatimeyi-Zəhranın (səlamullahi əleyha) həyatından bəhs edən bu kitabı biz dörd hissəyə və hər hissəni də bir neçə bölməyə ayırmışıq.

Birinci hissə həzrəti-Fatimə(s.ə)-nin təvəllüd tarixi, adı və o xanımın müxtəlif ləqəblərlə adlandırılması səbəblərindən bəhs edir.

İkinci hissədə o Xanımın əxlaqi dəyərləri, eləcə də həzrəti-Əli (ə.s) ilə evlənməsindən söz acılır.

Kitabın üçüncü hissəsində Peyğəmbər(s)-in vəfatından sonra baş vermiş hadisələrdən, xanım Fatimə(s.ə)-nin alovlu nitqləri, özünü müdafiə etməsi və bu barədə qeyd olunmuş bir sıra mətləblərdən bəhs edilir.

Nəhayət, dördüncü hissə həzrəti-Fatimə(s.ə)-nin atası Peyğəmbər(s)-in vəfatından sonra çəkdiyi iztirab və müsibətlərlə, onun həzrəti-Əli(ə.s)-yə vəsiyyəti, eləcə də o böyük qadının ömrünün son günlərində baş vermiş hadisələrlə zəngindir.

Abbas ibn Mühəmməd Rza Qumi.

Birinci hissə

Həzrəti-Zəhra(s.ə)-nın təvəllüdü.

Xanım Fatimeyi-Zəhra(s.ə) besətin beşinci ili, cəmadius-sani ayının iyirmisində, Peyğəmbər(s) qırx beş yaşında ikən Məkkədə dünyaya göz açmışdır. İmam

1 تا 231