next
مطالعه کتاب GƏNCLƏR ÜÇÜN ÜSULİDDİN HAQQINDA 50 DƏRS
فهرست کتاب
مشخصات کتاب


مورد علاقه:
0

دانلود کتاب


مشاهده صفحه کامل دانلود

GƏNCLƏR ÜÇÜN ÜSULİDDİN HAQQINDA 50 DƏRS

Kitab haqqında

Kitabın adı:Gənclər üçün üsuliddin haqqinda 50 dərs

Müəllif:Ayətullahül-üzma Nasir Məkarim Şirazi

Naşir:Şəhriyar

Çap tarixi:2008

Səhifələrin sayı:92

Çap növbəsi:Birinci

Tirajı:3000

səh:1

I Fəsil: Allahı Tanımaq Haqqında on Dərs

I DƏRS

Allah axtarışı.

Nə üçün dünyanı yaradan haqqında fikirləşir və axtarış aparırıq?

Biz insanların hamısının qəlbində (elmə məhəbbət) və varlıq aləmini tanımaq istəyi vardır

Bütün insanlar bilmək istəyirlər ki, öz kəhkaşanları ilə birgə ucsuz-bucaqsız asiman, öz gözəllikləri ilə geniş yer kürəsi, cürbəcür məxluqlar, gözəl quşlar, müxtəlif balıqlar, dənizlər, dağlar, güllər, çiçəklər, göyə ucalmış müxtəlif ağaclar və s. özü-özünə yaranmışdır, yoxsa bu rəsmlər mahir bir rəssamın əli ilə hazırlanmışdır?

Bundan əlavə, insanlar ücün hər şeydən əvvəl aşağıdakı üç sual irəli çıxır:

Haradan gəlmişik? Haradayıq? Hara gedəcəyik?

Əgər biz bu üç suala cavab verə bilsək, görün, nə qədər xoşbəxt olarıq? Yəni, biz bu sualların cavabını tapmaqla həyatımızın haradan başlayıb, haraya gedəcəyini biləcəyik.

Hal-hazırda bizim vəzifəmiz nədir?

Bizim axtarıcı ruhumuzbizə belə deyir:

Bu sualların cavabını bilmək ücün gərək səbr edək.(Bir qədər gözləyək).

Bəzən baş verən avtomabil qəzasında görürsən ki, bir nəfər yaralanaraq huşunu itirir. Onu müalicə etmək ücün xəstəxanaya aparırlar. Halı bir az özünə gəldikdə ətrafındakılardan soruşduğu ilk sual bu olur: «Bura haradır? Nə üçün məni bura gətirmisiniz? Nə vaxt buradan çıxacağam?» Bunlardan məlum olur ki, insan bu cür sualların qarşısında sakit qala bilməz.

Deməli, bizi Allahı axtarıb, onu tanımağa vadar edən ilk şey öz axtarıcı ruhumuzdur.

2.Şükr etmə duyğusu

Təsəvvür edin ki, sizi gözəl bir qonaqlığa dəvət ediblər. Məclisdə qonaqlarüçün hər ey hazırlanmışdır. Siz bu qonaqlığa öz böyük qardaşınızın vasitəçiliyi iləgetdiyinizə görə,

1 تا 94