- Kitab haqqında
- Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
- Həzrət Əli əleyhissəlamin həyatinin bölmələri
- 1. Əli əleyhissəlamın dünyaya gəlməsindən Həzrət Məhəmmədin (s) be’sətinə (peyğəmbərliyə seçilməsinə) qədər
- 2. Be’sətdən Peyğəmbərin hicrətinədək
- 3. Hicrətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatınadək
- Əli (əleyhissəlam) Peyğəmbərin qardaşı
- Əli (əleyhissəlam) döyüş meydanlarında
- 1) Əli (əleyhissəlam) Bədr döyüşündə
- 2) Əlİ əleyhİssəlamın Ühüd döyüşündəkİ mİsİlsİz şücaətİ
- 3) Əlİ (əleyhİssəlam) «Əhzab» (Xəndək) döyüşündə
- Həssas və böhranlı günlər
- 4) Əlİ - Xeybər qalasının fatehİ
- Peyğəmbərin (səlləllahu əleyhi və alih) xüsusi nümayəndəsi
- 4. Peyğəmbərin (s) vəfatından Əli əleyhissəlamın zahiri xilafətinədək
- 5. Xilafətdən şəhadətədək
ƏMİRƏL-MÖ’MİNİN ƏLİ İBN ƏBUTALİB ƏLEYHİSSƏLAMIN HƏYATI
Kitab haqqında
Kitabın adı:Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati
Müəllif:Mehdi Pişvayi
Naşir:
Çap tarixi:2005-10-01
Səhifələrin sayı:31
Çap növbəsi:Birinci
Tirajı:3000
səh:1
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
*Əli (əleyhissəlam) Peyğəmbər (səlləllahu əleyhi və alih) qucağında
* İlk müsəlman olmuş şəxs
* Böyük bir şücaət
* Peyğəmbərin (səlləllahu əleyhi və alih) xüsusi nümayəndəsi
* İki əsas yol ayrıcı
* Üç cəbhədə mübarizə
Həzrət Əli (əleyhissəlam) «Amul-fil»-in (fil ilinin) otuzuncu ilində (hicrətdən iyirmi üç il əvvəl) rəcəb ayının on üçü Kə’bə evində dünyaya göz açmışdır.(1) Atası Əbutalib(2), anası Fatimə Əsəd qızı olmuşdur. Hicrətin qırxıncı ili ramazan ayının iyirmi birində Kufə şəhərində şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Nəcəf şəhərindədir.
Həzrət Əli əleyhissəlamin həyatinin bölmələri
Həzrət Əli əleyhissəlamın be’sətdən (Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçilməzdən) on il qabaq dünyaya gəlməsini, İslami hadisələrdə Peyğəmbərlə (səlləllahu əleyhi və alih) çiyin-çiyinə olmasını və o Həzrətin vəfatından sonra otuz il yaşamasını nəzərə almaqla onun (Həzrət Əlinin) altımış üç illik mübarək ömrünü aşağıdakı beş hissəyə bölmək olar:
1)–Təvəllüddən Peyğəmbərin (səlləllahu əleyhi və alih) be’sətinə qədər;
2)–Be’sətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) Mədinəyə hicrətinədək;
3)–Hicrətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatınadək;